Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Bizim.Media xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova deyib.
Bəyanat səsverməyə qoyularaq qəbul edilib.
Sədr bildirib ki, 44 günlük müharibə dövründə və müharibədən sonra Fransa hökumətinin Azərbaycana qarşı beynəlxalq təşkilatlarda sənədlər qəbul etdirməyə çalışmasını çox yaxşı bilirik.
O deyib ki, dünən Senatda qəbul edilən qətnamənin hər sətrində xalqımıza qarşı nifrət yağır.
“Heç bir mənəvi, hüquqi və siyasi haqqı olmadan Fransa Senatında qəbul edilən bu qətnamə göstərir ki, Fransa ilə Azərbaycan arasında münasibətlərə xələl gətirməyə, Aİ və Azərbaycan arasında münasibətlərə zərbə vurmağa hazırdırlar. Biz Fransanı Ermənistanı təcavüzkar yox, qurban kimi qələmə vermək cəhdlərindən əl çəkməyə çağırırıq”, - deyə S.Qafarova əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:12 / 16.11.2022
Milli Məclisdən Fransa Senatı ilə bağlı BƏYANAT
Hazırda oxunan: Milli Məclisdən Fransa Senatı ilə bağlı BƏYANAT
Hazırda oxunan: Milli Məclisdən Fransa Senatı ilə bağlı BƏYANAT
104694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.