Azərbaycanda neft istehsalı artıb

Hazırda oxunan: Azərbaycanda neft istehsalı artıb

104668

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 294,1 mln. manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6% azalıb. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7% artıb. 

Məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu istehsalı 2,2 faiz, avtomobil benzininin istehsalı 0,7% artıb. 

Qeyd olunur ki, hesabat dövründə ölkədə dizel yanacağının istehsalı 18,9%, neft koksunun istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 29,2%, sürtkü yağlarının istehsalı isə 33,1% azalıb. 

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir.

Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır. 
 
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib. 

Azərbaycanda neft məhsullarının dinamikası:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin