“Ermənistan hökuməti anlamır ki, Senatın bu qərarı heç də erməniləri müdafiə etmək istəyindən irəli gəlmir. Bu, Fransanın Cənubi Qafqazda öz geosiyasi maraqlarını yeritmək istəyindən irəli gəlir. 10 noyabr üçtərəfli bəyanatında da Fransanın imzası yer almadı. 44 günlük müharibənin nəticələri dünya tarixininə Azərbaycanın uğuru, Minsk Qrupunun isə uğursuzluğu kimi yazıldı.
Öz uğursuzluğuna görə bu gün onlar belə addımlar atırlar”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, davamlı sülh bəzi ölkələrin maraqlarını qane etmir:
“Fransalı həmkarlarımız nəzərə almalıdıır ki, 2 ildir Cənubi Qafqaz yeni reallıqlar şəraitində yaşayır. Bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:03 / 16.11.2022
“Fransa Minsk Qrupundakı uğursuzluğuna görə belə addım atdı” - Deputat
Hazırda oxunan: “Fransa Minsk Qrupundakı uğursuzluğuna görə belə addım atdı” - Deputat
Hazırda oxunan: “Fransa Minsk Qrupundakı uğursuzluğuna görə belə addım atdı” - Deputat
104640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.