Fransanın ABSURD qətnaməsinin əleyhinə səs verən yeganə senator - FOTO 

Hazırda oxunan: Fransanın ABSURD qətnaməsinin əleyhinə səs verən yeganə senator - FOTO 

104554

Xəbər verdiyimiz kimi noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.  

Bizim.Media xəbər verir ki, qətnamənin səsverməsində iştirak edən 296 nəfərdən  cəmi 1 nəfər əleyhinə, 295 nəfər isə lehinə səs verib.   
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ 


Azərbaycanın maraqlarına zidd olan qətnaməyə Orne departamentindən senator Natali Qulet əleyhinə səs verib. 

Qeyd edək ki, Fransa Senatının yeganə ədalətli senatoru Natali Qulet daha əvvəl Bakıya səfəri zamanı “Twitter” hesabında Qarabağla bağlı Azərbaycan dilində paylaşım edib. 

"Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm",- deyə senator qeyd edib. 

Həmçinin xanım Qulet Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə "Qarabağın" müstəqilliyini tanımayan yeganə senator olub. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin