Ukrayna Prezident Ofisi: “Vəziyyət kritikdir” - FOTO 

Hazırda oxunan: Ukrayna Prezident Ofisi: “Vəziyyət kritikdir” - FOTO 

104527

“Rus Ordusu tərəfindən Ukrayna ərazisi kütləvi raket zərbələrinə məruz qalıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko şəxsi teleqram kanalında məlumat verib.  

“Vəziyyət kritikdir. Ən çox raket zərbəsi ölkənin mərkəzində və şimalında qeydə alınıb. Paytaxtda isə vəziyyət son dərəcə ağırdır”, - deyə Timoşenko qeyd edib.  

O bildirib ki, zərbəyə məruz qalan ərazilərdə elektrik enerjisinin verilişi məhdudlaşdırılıb:

”“Ukrenerqo” enerji sistemini tarazlaşdırmaq və avadanlığın sıradan çıxmaması üçün elektrik enerjisini məhdudlaşdırmağa məcbur qalıb”. 
 

MÖVZU İLƏ BAĞLI:

Kiyevə raket zərbələri endirilir - FOTO/VİDEO


Qeyd edək ki, Ukrayna bir neçə dəqiqədir Rusiya Ordusu tərəfindən raket zərbələrinə məruz qalır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin