İstanbul terrorçusu partlayışdan öncə bu zirzəmidə yaşayıb - FOTO-VİDEO

Hazırda oxunan: İstanbul terrorçusu partlayışdan öncə bu zirzəmidə yaşayıb - FOTO-VİDEO

104499

İstanbulun İstiqlal küçəsinə bomba atan qadın terrorçunun Esenlerdə həm yaşayıb, həm də işlədiyi tekstil emalatxanası görüntülənib. Məhəllə sakinləri hər zaman gördükləri qadının tez-tez telefonla danışdığını bildiriblər. Şənbə günü qadını görən şəxs “Yaxşı xatırlayıram, eyni paltarı geyinmişdi” deyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “hurriyet.com.tr” saytında yer alıb.

Bazar günü Beyoğlu səmtində, İstiqlal küçəsində törədilən terror aktında bombanı atan Suriya əsilli Əhlam Əlbəşirin dindirilmə proseduru davam edərkən onun Esenler Kazım Karabəkir Məhəlləsində yaşadığı və işlədiyi tekstil emalatxanasının fotoları çəkilib.
Məhəllə sakinləri qadının heç kimlə söhbət etmədiyini, sadəcə telefonla danışdığını bildiriblər.

Terrorçunun işlədiyi tekstil sexinə baxış keçirilib. Məhəllə sakinlərindən Məsut Karadağ qadının həmişə makiyajlı və baxımlı olduğunu deyib:

“Dar qara şalvar geyinirdi. Heç kimlə kəlmə kəsmirdi, daim telefonla danışırdı. İşə götürən şəxs onunla ər-arvad olduğunu və qalmağa yerləri olmadığı üçün burada qaldığını dedi. 4 aya yaxın bu zirzəmidə qaldılar. Başqa kişini görmədim. Emalatxanaya girib çıxdım,  amma ərinin kim olduğunu soruşmadım, diqqətimi yalnız qadın çəkdi. Məncə içəridəki stolun altında yatırdılar”.

Başqa bir məhəllə sakini Barış Özen qadını belə xatırlayır:

"Partlayışdan sonra internetdə fotoya baxdım. Qadını geyimindən tanıdım. Həmin an donub qaldım”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin