Nazirlik UŞAQPULU ətrafında müzakirələr aparır – “Hər uşağa 282 manat...” 

Hazırda oxunan: Nazirlik UŞAQPULU ətrafında müzakirələr aparır – “Hər uşağa 282 manat...” 

104497

“Azərbaycan dövlətinin ünvanlı sosial yardım paketi var. Ünvanlı sosial yardım paketi o ailələrə verilir ki, ailə başçılarından biri işləsin, minimum təlabata uyğun olaraq, qalan ailənin üzvləri də həmin paket vasitəsilə ehtiyaclarını ödəyə bilsinlər. Ünvanlı sosial yardıma ayrılan vəsait uşaqpulu kimi ailələrə transfer olunmalıdır. Yəni, sosial yardım ailələrə uşaqpulu şəklində verilsin”.

Bu təkliflə Bizim.Media-ya Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı çıxış edib. Onun sözlərinə görə, ünvanlı sosial yardım uşaqpuluna çevrilsə, dövlət büdcəsindən əlavə vəsaitə də ehtiyac olmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Nazir uşaq pulu məsələsinə AYDINLIQ GƏTİRDİ 


“Ünvanlı sosial yardımın şərtləri kifayət qədər sərtdir və bəzən ona əlçatanlıq da olmur. Ehtiyacı olan ailələrin uşaqlarına uşaqpulu verilə və məbləğ yeni meyara uyğun olaraq hesablana bilər. Yaxşı olar ki, uşaqpulu ehtiyacı olan ailələrə verilsin. Əgər ailədə uşaq yoxdursa, kişi 500 manat əməkhaqqı alırsa, özünün və həyat yoldaşının minimum ehtiyacı tamamilə ödənilir.

Bundan əlavə, bir ailədə kişi 1000 manatdan yuxarı,  həyat yoldaşı isə təxminən 400-500 manat civarında əmək haqqı alırsa və evdə 4 nəfər varsa, bu ailələrin uşaqpuluna ehtiyacı yoxdur.

Əgər valideynlər övladlarının sosial təminatını qarşılaya bilirlərsə, dövlət büdcəsindən onlara müavinət verilməsinə nə ehtiyac var? O ailə heç ünvanlı sosial yardım da almır. Bir sözlə bu məsələni araşdırıb, təsnifatını aparıb, ehtiyacı olan ailələrə uşaqpulu tətbiq etmək lazımdır. Bununla da ictimai müzakirələrə son qoyulur, həm də uşaqların ehtiyacları ödənilir”. 

Deputat xatırladıb ki, əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələ ətrafında müzakirələr aparır:

“Amma bunu sürətləndirsə və təklif etdiyim format üzrə tətbiq edilsə, yaxşı olar. Dövlət büdcəsi hamımızındır, ona nə qədər qənaət olunarsa, bir o qədər pensiyalara, aztəminatlı ailələrə dəstək olar. Hesab edirəm ki, ehtiyacı olmayan ailələr tərəfindən də bu format anlayışla qarşılanar”.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb. Fəzail Ağamalının təklif etdiyi kimi ünvanlı sosial yardım uşaqpuluna transfer olunarsa, hər uşağa 282 manat məbləğində müavinət kəsilə bilər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin