Qarşıdan gələn dünya çempionatının ən bahalı futbolçularının reytinqi tərtib olunub.
Bizim.Media “Transfermarkt”a istinadən xəbər verir ki, turnirin ən bahalı oyunçusu “Paris Sen-Jermen” və Fransa yığmasının hücumçusu Kilian Mbappe olub.
İkinci yeri “Real Madrid”in və Braziliya millisinin oyunçusu Vinisius tutub. İlk üçlüyü “Mançester Siti”nin və İngiltərənin yarımmüdafiəçisi Fil Foden tamamlayıb.
DÇ-2022-nin ən bahalı 10 oyunçusu:
Kilian Mbappe (Fransa) - 160 milyon avro
Vinisius Junior (Braziliya) - 120 milyon avro;
Fil Foden (İngiltərə) - 110 milyon avro
Camal Musiala (Almaniya) - 100 milyon avro;
Pedri (İspaniya) - 100 milyon avro;
Jud Bellingham (Almaniya) - 100 milyon avro
Federiko Valverde (Uruqvay) - 100 milyon avro
Harri Keyn (İngiltərə) - 90 milyon avro
Bukayo Saka (İngiltərə) - 90 milyon avro
Qavi (İspaniya) - 90 milyon avro
Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması Milli Stadionda baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:15 / 15.11.2022
2022-ci il dünya çempionatının ən bahalı futbolçusu məlum oldu
Hazırda oxunan: 2022-ci il dünya çempionatının ən bahalı futbolçusu məlum oldu
Hazırda oxunan: 2022-ci il dünya çempionatının ən bahalı futbolçusu məlum oldu
104491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.