Zaporojye vilayətinin Vasilevski rayonunda azərbaycanlı gənc işgəncə ilə öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov yayıb.
“Həmin gənc döyüşlər zamanı ukraynalı yaralı əsgəri evinin həyətindəki zirzəmidə gizlədib. Rusiyalı hərbçilər (onların kadırovçular olduğu bildirilir) ukraynalı əsgərə kömək etdiyi üçün həmvətənimizə işgəncə veriblər. Nəticədə o, həlak olub”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, Xersondan çıxarılan Rusiya ordusunun hərbi bölmələri Donetskdə, əsasən Baxmut rayonunda cəmləşdirilib:
"Donbas istiqamətində Rusiyanın hücumları intensivləşə bilər".
Bizim.Media