“Azərbaycanın demoqrafik göstəricilərinə əsasən, hər il ölkənin əmək bazarına 100-120 min gənc daxil olur”.
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Baku International CEO Summit"ində deyib.
M.Abbasbəyli deyib ki, onların təxminən 30 %-i ixtisası olmayan şəxslərdir:
MÖVZU İLƏ BAĞLI:
94 minədək işsizlə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycanın ali təhsil potensialı 40-50 min, peşə təhsili potensialı isə təxminən 30 mindir. Hər il 80 min insan əmək bazarına peşə kvalifikasiyası ilə daxil olur. Qalan 40-50 min insanın isə peşə kvalifikasiyası yoxdur. Qarşımızda duran ən vacib məsələlərdən biri bu çatışmazlığı aradan qaldırmaqdır”.
O bildirib ki, bunun üçün şirkətlər qarşısında iki məsələ durur:
“Birincisi, düzgün kadrların müəyyən olunmasıdır. Yeni innovativ yanaşmalar üzərində işləyirik. İnanmırıq ki, bu şirkətlərin düzgün kadr seçiminə xüsusi töhfə verəcək. Hesab edirik ki, hətta Azərbaycanın ucqarında olan kiçik MMC belə düzgün kadrı tapsa, bu onu inkişaf etdirəcək, gəlirini artıracaq. Gəlir artanda vergilər, vergi artanda dövlətin iqtisadi qüdrəti artacaq. Nəticədə isə ölkədə əmək bazarı inkişaf edəcək”.
Sədr daha sonra qeyd edib ki, ikinci məsələ isə Azərbaycan bazarında düzgün kadr potensialının yetişdirilməsidir:
“Azərbaycanda kifayət qədər çox müasir peşələrə sahib kadrlara ehtiyac var. Biz bir tərəfdən danışırıq ki, kifayət qədər çox iş axtaranlarımız var. Amma nəticədən danışmırıq. Niyə bu qədər çox iş axtaran var? Çünki onların peşə kvalifikasiyası bu günkü əmək bazarına uyğun deyil. Qarşımızda duran əsas vəzifə onları bu günkü əmək bazarına uyğunlaşdırmaqdır".
Bizim.Media