Bakıda stilisti qətlə yetirən şəxsə hökm oxundu

Hazırda oxunan: Bakıda stilisti qətlə yetirən şəxsə hökm oxundu

104445

Bakıda stilisti qətlə yetiməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi məhkəmə başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə təqsirləndirilən şəxsə hökm oxunub. 

Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.
İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcələssinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin