“Baku Steel Company” MMC -in dövlət büdcəsinə ödənilməmiş vergi borcu 2 milyon 814 min 181 manatdır.
Bu iddia ilə Bizim.Media-ya ictimai vəkil Samir Zeynalov çıxış edib. O, deyib ki, “Baku Steel Company” MMC-yə daxil olan "Baku Steel Construction" ASC-nin isə 537 min 396 manat vergi borcu yaranıb.
MÖVZU İLƏ BAĞLI:
Rasim Məmmədov 4 aylıq həbs edildi
Nəticədə Rasim Məmmədova məxsus 2 şirkətin cəmi vergi borcu 3 milyon 351 min 577 manat olub.
İctimai vəkil əlavə edib ki, Rasim Məmmədov barəsində irəli sürülən ittihamlar arasında vergidən yayınma cinayəti yer almayıb.
Xatırladaq ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Rasim Məmmədov barəsində Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib və R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Alçina Amilqızı, Bizim.Media