Argentina prezidenti Alberto Fernandes İndoneziyanın Bali adasında keçirilən G20 sammitinin açılışından sonra yüksək qan təzyiqi və başgicəllənmə səbəbindən həkimlərə müraciət edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
G20 sammitinin ilk iclası Baydenə görə gec başladı
Argentina prezidentinin həkiminin imzaladığı mesajda qeyd edilir ki, prezidentin şikayətləri ilə əlaqədar fəsadların qarşısını almaq üçün diaqnostik müayinənin keçirilməsi qərara alınıb.
Clarin qəzetinin məlumatına görə, G20 sammitinin ilk günündə Fernandesi Argentinanı xarici işlər naziri Santyaqo Kafiero təmsil edəcək.
Bizim.Media