Aİ-dan Ukrayna Ordusuna TƏLİM - Hərbi yardım missiyasına start verildi

Hazırda oxunan: Aİ-dan Ukrayna Ordusuna TƏLİM - Hərbi yardım missiyasına start verildi

104334

Avropa İttifaqı (Aİ) Ukrayna Ordusu üçün təlim missiyasına başlayıb.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. 

"Aİ Şurası Rusiyanın apardığı müharibə fonunda Ukraynaya dəstək olmaq və Ukrayna Silahlı Qüvvələrinin 15 minə qədər hərbçisinə təlim keçmək üçün hərbi yardım missiyasını işə salıb", - deyə məlumatda qeyd edilib. 
Bildirilib ki, Aİ-nin Ukrayna üçün hərbi təlim missiyası "EUMAM Ukraine" (Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası) adlanacaq.

Belə bir missiyanın yaradılması barədə qərar bir ay əvvəl, oktyabrın 17-də verilib. Bu ehtiyaclar üçün 106,7 milyon avro ayrılmalıdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin