“Rusiya qoşunlarının Xersondan geri çəkilməsi Ukrayna hərbçilərinin inanılmaz cəsarətini, eyni zamanda, bizim davam edən dəstəyimizin döyüş meydanında fərq yaratmasını göstərir”.
Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Niderland XİN başçısı Uopke Hoekstra və müdafiə naziri Kaysa Ollonqren ilə birgə mətbuat konfransında deyib:
“Lakin biz eyni zamanda, Rusiya qüvvələrini zəif hesab edərək səhv etməməliyik. Rusiya Silahlı Qüvvələri döyüş imkanlarını özündə saxlayır və şəxsi heyəti çoxsaylıdır.
Rusiya artıq əhəmiyyətli itkilər verməyə hazır olduğunu nümayiş etdirib. Biz həm də onların Ukraynada törətdikləri ifrat vəhşiliyi görmüşük. Qarşıdan gələn aylar çətin olacaq. Putinin məqsədi Ukraynanı soyuqda saxlamaq, qaranlığa qərq etməkdir".
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:30 / 14.11.2022
"Rusiya qüvvələrini zəif hesab edərək səhvə yol verməməliyik" - Stoltenberq
Hazırda oxunan: "Rusiya qüvvələrini zəif hesab edərək səhvə yol verməməliyik" - Stoltenberq
Hazırda oxunan: "Rusiya qüvvələrini zəif hesab edərək səhvə yol verməməliyik" - Stoltenberq
104298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.