Bakıda müəllimi qətlə yetirən şəxs bu tarixdə məhkəmə qarşısına çıxacaq

Hazırda oxunan: Bakıda müəllimi qətlə yetirən şəxs bu tarixdə məhkəmə qarşısına çıxacaq

104282

Bakının Qaradağ rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Orxan Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, Orxan Nadirovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası noyabrın 22-ə təyin olunub. 

İttihama görə, bu ilin mayın 27-də, saat 7 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verib. Yanğın zamanı orada yaşayan 61 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilən cinayət əməlinin 37 yaşlı Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Xuraman Həsənova Qaradağ rayonunda yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəllimi idi.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin