Zəngəzur dəhlizi ilə Çindən yüklərin çatdırılması tezləşəcək - RƏSMİ

Hazırda oxunan: Zəngəzur dəhlizi ilə Çindən yüklərin çatdırılması tezləşəcək - RƏSMİ

104270

“Zəngəzur dəhlizinin açılması Çindən Azərbaycana və region ölkələrinə dənizlə gələn yüklərin vaxt baxımından 2 həftə daha tez çatması deməkdir”.

Bizim.Media xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

O qeyd edib ki, vaxta qənaət edilməsi sahibkarlar üçün önəmlidir, bu eyni zamanda qiymətlərə də təsir edir: 

"Sahibkarlar bununla daha çox gəlir əldə edəcək. Gürcüstan limanlarının qiyməti bahadır və alternativi yoxdur. Türkiyənin Mersin limanı üzərindən yüklər Zəngəzur dəhlizi ilə daşınsa, bu, ikiqat ucuz başa gələcək. Eyni zamanda, sərhəd-keçid məntəqəsinin olmaması da vaxta və xərcə təsir edəcək".

X.Həsənli qeyd edib ki, qlobal logistikada olduğu kimi regional daşınmada da Zəngəzur dəhlizi vaxt və xərc baxımından önəmlidir.

"Türkiyədən gələn TIR-lar Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakı limanına və oradan Asiyaya, eyni zamanda əksinə daha az vaxtda gedəcək və xərc də aşağı olacaq. Zəngəzur dəhlizi eyni zamanda, Orta Asiya ölkələrinin gübrə məhsullarının daşınması baxımından da əhəmiyyətlidir", - X.Həsənli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin