Ermənilərin atəşkəsi pozmasının arxasında hansı məqsədlər gizlənir? – ŞƏRH

Hazırda oxunan: Ermənilərin atəşkəsi pozmasının arxasında hansı məqsədlər gizlənir? – ŞƏRH

104240

İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası məsələsi gündəmə gələndən və bu istiqamətdə çoxsaylı görüşlər keçirilməyə başlayandan bəri ermənilər tərəfindən Ermənistan və Azərbaycan dövlət sərhədində atəşkəsin pozulması halları intensivləşərək adət halını alıb. Dövlət sərhədi ilə yanaşı ermənilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı bölgələrdə də atəşkəsi pozmaqda davam edirlər. 

Bütün bunlar da rus sülhməramlılarının gözü qarşısında baş verir.

Buna baxmayaraq, Rusiya sülhməramlıları ermənilərin atəşkəsi pozmasına hələ də göz yummaqda davam edir. Görəsən, onlar niyə ermənilərin bu vəhşiliyinə susurlar?  Belə vəziyyətdə ermənilərin Azərbaycana qarşı təxribatların sayı bundan sonra da arta bilərmi? 

Bizim.Media-ya açıqlama verən politoloq Natiq Miri bildirir ki, ermənilərin hərbi təxribatları, xüsusən də Qarabağda artan xətlə davam edəcək:

“Bunun bünövrəsi oktyabrın 30-da ermənilərin Xankəndidə keçirdikləri mitinqlə başlayıb. Bu da Soçi görüşü öncəsi Azərbaycan, həm də Ermənistan rəhbərliyinə verilən mesaj idi. Moskva bununla özünün sülh müqaviləsilə bağlı 15 bəndlik sənədini tərəflərin qəbul etmədiyi təqdirdə, təzyiqləri davam etdirəcəyi mesajını verib. Ondan sonra bunun ardı Ermənistanda müxalifətin təşkil etdiyi mitinqlə davam etdi. O gündən Qarabağa rus sülhməramlıları vasitəsilə silahlar daşınır və beləcə separatçı qurumun silahlı dəstələri silahlandırılır. Bütün bunların əsasında Azərbaycana təzyiq etmək dayanır. Dolayısı ilə Azərbaycanı öz iddialarından geri çəkilmək və Rusiyanın planı ilə razı salmaq istəyirlər. Ona görə də bu sayaq hərbi təxribatların, xüsusən də Qarabağ ərazisində artan xətlə davam edəcəyini düşünürəm”. 

Natiq Mirinin fikrincə, Azərbaycan sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılmasından daha çox daxilə, yəni Qarabağa, separatçı silahlı dəstələrin buradan çıxarılmasına üstünlük verməlidir:
 

“Daha çox Qarabağa fokuslanmalıyıq. Daxildəki problemlər çözülmədən Ermənistanla istənilən sülh müqaviləsi problemi həll etməyəcək. Çünki Ermənistanla istənilən sənədə imza atmaq, Rusiya kimi, eynən İrəvanla da suya imza atmaq kimi bir şeydir.


Bu yolda ən ciddi addım isə, Azərbaycan sərhədinin öz qoşunlarının nəzarətinə keçməsidir. Laçın dəhlizi tamamilə bağlanmalı və orada Azərbaycanın dövlət strukturları, gömkür və sərhəd xidmətləri fəaliyyət göstərməlidir. Bu halda prosesə bütövlükdə Azərbaycan özü nəzarət edəcək. Əks təqdirdə, düşmən tərəfin hərbi təxribatları davam edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin