Şəki şəhər 17 nömrəli məktəbdə yarmarka keçirilib. Yarmarkada peşə təmayüllü sinif şagirdlərinin müxtəlif əl işləri sərgilənib.
Bizim.Media-nın yerli bürosu məlumat verir ki, artıq bir neçə ildir Elm və Təhsil Nazirliyi ölkənin məhdud saylı təhsil ocaqlarında pilot layihə kimi peşə təmayüllü siniflər təşkil edib.
Həmin siniflər müxtəlif peşəsənəti avadanlıqları ilə təmin edilib. Burada əsas məqsəd yuxarı sinif şagirdlərinin peşə yönümlü istiqamətlərini aşkarlamaq və elə orta məktəbdə ilkin biliklər aşılamaqdır.
Belə pilot layihələrdən biri də Şəkidəki 17 nömrəli məktəbdə həyata keçirilir. Layihənin növbəti mərhələsi üçün təqdimatlar keçirilib, şagidrlərin indiyə kimi öyrəndikləri sınaqdan keçirilib.
Yarmarkada Bakı Peşə təmayüllü siniflərin təşkili layihəsinin layihə rəhbəri Xanım Şabanova, layihə əməkdaşları Elşən Ədalətli, Jalə Bənnayeva, Arif Pənahov, Nərmin Mədətova da iştirak edib.
Qonaqlar şagirdlərin əl işləri, tədris otaqları, dərslərin təşkili ilə maraqlanıb, müşahidə və gördüklərindən məmnun qalıb, xoş təəssüratlarını bölüşüblər. Təmayüllü sinif şagirdlərinin təqdim etdiyi müxtəlif şirniyyatlar, dülgərlik, toxuculuq, tikmə və digər əl işləri maraqla qarşılanıb.
Məktəb şagirdlərinin vətənpərvərlik ruhunda ifa etdiyi mahnı və şerlər, rəqslər iştirakçılar tərəfindən alqışlanıb.
Bizim.Media-ya məktəbin direktoru Gülnarə Nəsibova bildirib ki, layihənin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:22 / 14.11.2022
Şəkidə məktəbdə yarmarka – Şagirdlərin əl işləri sərgiləndi - FOTO
Hazırda oxunan: Şəkidə məktəbdə yarmarka – Şagirdlərin əl işləri sərgiləndi - FOTO
Hazırda oxunan: Şəkidə məktəbdə yarmarka – Şagirdlərin əl işləri sərgiləndi - FOTO
104218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.