Britaniya mətbuatında Şuşadan yazıldı

Hazırda oxunan: Britaniya mətbuatında Şuşadan yazıldı

10418

Böyük Britaniyada fəaliyyət göstərən soydaşımız Ülvi Pepinovanın “Azerbaijan in Focus” xəbər portalında “Şuşa – Azərbaycanın mənəvi, musiqi və mədəniyyət beşiyidir” adlı məqaləsi yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məqalədə "Qafqazın konservatoriyası" adlandırılan Şuşa şəhərinin tarixi, milli-mədəni irsi, Azərbaycanın görkəmli şairlərinin, bəstəkarlarının və musiqiçilərinin vətəni olduğu barədə ətraflı məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır


Ermənistanın 28 illik işğalı dönəmində Şuşanın mədəni soyqırıma məruz qaldığı, azərbaycanlıların tarixi irsinin bu şəhərdən də silinməsinə cəhd edildiyi nəzərə çatdırılıb:

"Şuşanın, eləcə də bütün Qarabağ bölgəsində tarixi-mədəni irsin dağıdılmasından çox kədərlənən azərbaycanlılar hazırda xarabalıqlardan ibarət olan bu yerlərin bərpa olunmasının yeni dövrünə qədəm qoyurlar".

Xan qızı, şairə Xursidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəyovun və məşhur müğənni Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin artıq Şuşaya qaytarıldığı, bu addımın öz evlərindən qovulmuş milyona yaxın azərbaycanlının uzun illər həsrətində olduğu Şuşaya və bütün Qarabağa tezliklə dönəcəyinin rəmzi kimi qəbul edildiyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin