Fevralın 1-dən etibarən Rusiya bir ay müddətinə Ermənistan vətəndaşları üçün hava sərhəddini açıb. Bu da İrəvanda xüsusi ajiotaj yaradıb.
Bizim.Media “Spurnik Armenia”ya istnadən xəbər verir ki, həm erməni daşıyıcısıları, həm də Rusiya aviaşirkətləri tərəfindən Ermənistandan Rusiyanın müxtəlif şəhərlərinə təklif olunan aviabiletlərin qiymətləri xeyli artıb.
MÖVZU İLƏ BAĞLI:
Qalstyanın vaxtı keçmiş mərmiləri BƏƏ-ni və İordaniyanı “partlatdı” - FOTO
"Ermənistan" Hava Şirkətinin baş direktorunun müavini Qevorq Xaçatryan qiymətin artmasını aviabiletlərə tələbatın artması ilə izah edib.
O, bildirib ki, bu gün səhər tezdən İrəvan aeroportunda basabasdır, hamı bir variant tapıb ölkəni tərk etmək istəyir. Rusiya istiqamətində bütün şəhərlərə biletlər çoxdan satılıb qurtarıb.
Hətta biznes klass üçün nəzərdə tutulmuş yerlər də adi adamlar tərfindən alınıb. Bu bir ay ərzində ölkəni tərk edəcək adamların sayı 70-100 min arasında proqnozlaşdırılır.
Xaçatryan biletlərin baha olmasını həm də onunla əlqələndirir ki, biletlər tək bir istiqamətə alınır, Ermənistana gələn reyslər isə demək olar ki, tamamilə boşdur.
Hazırda İrəvandan Moskvaya birtərəfli uçuş biletinin qiyməti 700 dollar olub. Biletlər isə əlaltdan satılır.
“News.am” yazır ki, "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Nairə Zöhrabyan öz facebook səhifəsində bu barədə post paylaşıb.
O, qeyd edib ki, mən indi erməniləri qınamıram:
"Bu gün aeroporta sevinən erməni ailələrini görmək lazım idi. Onların bir tərəfli qaydada Moskavaya aldıqları biletin qiyməti 700 dollar idi. Biletlərin əlaltdan satılmasına heç kim təəcüblənməsin, çünki indi hamı ölkəni tək etmək üçün növbəyə durub. Onalrı aclıq və səfalətlə bərabər bir qorxu da bütrüyüb. Heç kim əmin deyil ki, sabah onun evinin qapısında bir türk əsgəri dayanmayacaq”.
Zöhrabyan qeyd edir ki, belə getsə, ölkəni ciddi demoqrafik problemlə yanaşı, böyük ruh düşkünlüyü də gözləyir:
“Təzadlı olan bilirsiz nədir? Ölkəni tərk edənlərin əksəriyyəti nikolçulardır. Mənim və mənim kimi düşünən insanlar üçün Nikol problem deyil. Nikol yoxdur. Amma bir çoxları hələ də elə düşünür ki, Qarabağın verilməsi lazım idi, ən azı bir neçə nəsil gəncin qırılmasının qarşısı alındı və hamı növbəti müharibə qorxusundan tez Ermənistanı tərk etmək fikrindədir. Məni qorxudan bax, budur. Bu erməni dövlətçiliyi üçün ciddi təhlükədir".
Hazırda İrəvanın əsas aeroportu və digər hava limanları xüsusi nəzarətə götürülüb. Xüsusi Xidmət orqanları və polis əsgər yaşında olan vətəndaşların ölkəni tərk etməsinin qarşısını almağa çalışırlar.
Bizim.Media