Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.
Bizim.Media Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ceyhun Bayramov telefon danışığında Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO
C.Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü vurğulayıb.
Nazir Mevlüt Çavuşoğlu başsağlığına görə təşəkkür edib, Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Bizim.Media