Makiyaj zamanı edilən səhvlər: "İDEAL" salonunun vizajistindən xanımlara TÖVSİYƏ - FOTO

Hazırda oxunan: Makiyaj zamanı edilən səhvlər: "İDEAL" salonunun vizajistindən xanımlara TÖVSİYƏ - FOTO

104083

Hər bir xanımın arzusu gözəl görünmək və ətraf tərəfindən bunun təsdiqini eşitməkdir. Elə makiyaj da qadınların daha gözəl görsənməsi üçün etdikləri əvəzolunmaz rutin işlərdən biridir.

Lakin makiyaj zamanı edilən bəzi səhvlər çox zaman gözəl görünüşün önünə keçə bilir və əksər xanımlar bu səhvlərin fərqində belə olmurlar.

"İdeal" gözəllik salonunun vizaj ustası Səadət Həsənova Bizim.Media-ya açıqlamasında xanımların makiyaj edərkən yolverdiyi əsas səhvləri dilə gətirib.


Onun sözlərinə görə, yaxşı makiyajın alınması ilk dəri təmizliyindən başlayır:

"Makiyajdan öncə dəri çox yaxşı təmizlənməli, üz üçün krem və digər vasitələrlə nəmləndirilməlidir. Həmçinin tonal kremlər də dəri tipinə, rənginə uyğun şəkildə seçilməlidir. Açıq dəri rəngindən xoşlanıram deyib, daha ağ görünmək üçün açıq rəngli tonal krem ya da bir az da bronz görünsəm daha gözəl olar deyib, çox tünd tonal kremlər seçmək çox yanlış addımdır.

Hətta səhv tətbiq olunan bir krem sizi olduğunuzdan daha yaşlı göstərməyə səbəb olar. Tonal krem incə bir təbəqə halında çəkilməli və krem süngərinin, fırçasının köməyi ilə üzə yaxşıca yeridilməlidir",- deyən S.Həsənova gündəlik makiyajlarda tonal krem deyil, daha çox günəşə qarşı və yüngül örtücülüyə sahib olan gündəlik tonal kremlərdən istifadəni düzgün hesab edib.

"Həmçinin göz makiyajı da önəmli məsələdir. Gözünün üstü ətli olan xanımlar daha çox açıq tonlarda olan göz paletlərindən istifadə edə bilərlər. Rəng seçiminiz nə qədər açıq olarsa, bir o qədər də göz qapağında duruşu gözəl görünər. Qara ten ilə kirpik diblərinə layner çəkilə bilər".
Ünvan “Əhmədli” metro stansiyasının yaxınlığında yerləşir.

Əlaqə nömrəsi: (+994) 50 714 19 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin