Türkiyə bu əməliyyatda indiyədək 455 terrorçunu məhv edib

Hazırda oxunan: Türkiyə bu əməliyyatda indiyədək 455 terrorçunu məhv edib

104078

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında terror hədəflərinə qarşı həyata keçirilən “Pəncə-Kilit” əməliyyatında indiyədək 455 terrorçu zərərsizləşdirilib, 557 mağara, sığınacaq məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə PKK terrorçular SAXLANILIB 


Məlumata əsasən, İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı keçirilən əməliyyat planlaşdırıldığı kimi uğurla davam edir.

Əməliyyatlar zamanı çox sayda silah-sursat, terrorçulara aid kommunikasiya vasitəsi, partlayıcı maddə və digər ləvazimatlar ələ keçirilib.

Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bir neçə gün əvvəl verdiyi açıqlamada “Pəncə-Kilit” əməliyyatının yekunlaşmaq üzrə olduğunu, Zap bölgəsinin təmizlənməsi ilə əməliyyatın başa çatacağını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin