“Azərbaycanın qələbəsi bütün türk dünyasının qələbəsidir” - Türkiyə səfiri 

Hazırda oxunan: “Azərbaycanın qələbəsi bütün türk dünyasının qələbəsidir” - Türkiyə səfiri 

103913

“Türkiyənin Azərbaycana dəstəyi tarixdən gələn qardaş köməyidir, Azərbaycan da çətin günündə Türkiyənin yanında yer alıb”. 

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Türkiyənin Gürcüstana təyin etdiyi yeni səfiri Ali Kaan Orbay deyib.  

O, bildirib ki, Türkiyə bundan sonrakı proseseslərdə də Azərbaycanın yanında yer alacaq. 

“Bu bir qardaş köməyidir. Türkiyə də təbii olaraq, çətin günündə Azərbaycanın yanında yer alacaq. Bu, “bir millət, iki dövlət” anlayışının da bir gərəyidir. Biz Azərbaycanın sevinci ilə sevinir, kədəri ilə kədərlənirik. Bundan başqa, Azərbaycan haqlı bir mübarizənin arxasınca gedib. Biz türklər, Azərbaycan və Türkiyə hər zaman sülhdən yana olmuşuq. Biz hər zaman tariximizi qələmlə, mürəkkəblə yazmaq istəmişik. Amma tarixin bəzi səhifələrinin təəssüf ki, qızıl hərflərlə yazılması gərəkdir. Bu səhifə də qızıl hərflərlə yazılıb, zəfərlə, qələbə ilə nəticələnib.  

Bundan sonra yeni səhifə açılıb, artıq 2-ci Qarabağ savaşını öz biləyinin gücü ilə qazanmış Azərbaycan indi də bölgəmizə sülh və sabitlik gəlməsi üçün, buranın inkişafı üçün sülhü də qazanmaq yoluna əmin addımlarla irəliləyir. Türkiyənin də səmimi arzusu budur. Bu torpaqlar azad edilib, Azərbaycan öz torpaqlarına qovuşub, amma bəlkə də daha da önəmlisi budur ki, torpaqlar həqiqi sahibinə qovuşub. Bundan sonrakı prosesdə də Türkiyə Azərbaycanın yanında olacaq”. 
Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edən Ali Kaan Orbay Vətən müharibəsində Azərbaycanın qələbəsinin bütün türk dünyasının qələbəsi olduğunu vurğulayıb: 

“Azərbaycanın 8 noyabr Zəfər Gününü təbrik edirəm. Bayramınız mübarək olsun. Bu zəfəri bizlərə, sizlərə, bütün türk dünyasına ərmağan edən şəhidlərimizi rəhmət və minnətlə yad edirəm. Bütün qazilərimizə buradan şəfalar və uzun ömür diləyirəm. Bizlərə belə bir zəfəri təqdim edən qəhrəman Azərbaycan ordusuna təbriklərimi göndərmək istəyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin