İşğaldan azad edilmiş ərazilərdə YENİLİK - FOTO 

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə YENİLİK - FOTO 

103884

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransının bu günü "Dekarbonizasiya Günü" elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Məlumata görə, aşağı karbon iqtisadiyyatına keçidin təmin edilməsi üçün ən az enerji tələb edən sektorların və şirkətlərin fəaliyyətlərinin sürətləndirilməsi yolları günün müzakirə mövzusu olub.
Davam edən tədbirlər çərçivəsində paralel sessiyalarda beynəlxalq təşkilatların nümayəndələri, eləcə də alternativ enerji sahəsində ixtisaslaşmış biznes strukturlarının rəhbərlikləri ilə müzakirələr aparılıb.

Bildirilib ki, Azərbaycanda ümumi enerji istehsalında alternativ enerji payının 2030-cu ilə qədər mövcud 17 faizdən 30 faizədək artırılması hədəflənib.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilədək "netto sıfır emissiya" zonasının yaradılması ölkəmizin qlobal dekarbonizasiya səylərinə töhfəsi olacaq.

Günün sonunda Tərəflər Konfransı çərçivəsində xüsusi təşkil olunan tədbirdə ABŞ prezidenti Co Baydenin iştirakçılara müraciəti ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin