Məktəb qiymətləri yeni qaydada TƏSİS EDİLİR - FOTO 

Hazırda oxunan: Məktəb qiymətləri yeni qaydada TƏSİS EDİLİR - FOTO 

103866

Ötən tədris ilindən pilot olaraq tətbiqinə başlanılmış məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesi davam edir.

2021-2022-ci tədris ilindən fərqli olaraq cari tədris ilində kiçik summativ qiymətləndirmələrin də rəqəmsal təşkilinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik və bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanmasında və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə və kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.
Qeyd edək ki, ümumi təhsil müəssisələri məktəbdaxili qiymətləndirməni kompüter avadanlıqları və internet təminatı imkan verdiyi təqdirdə rəqəmsallaşdıra bilərlər.

Sözügedən proseslə bağlı ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə müvafiq təlimatlar göndərilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin