Aclıqdan ağlayan körpə və anası KOMİTƏ tərəfindən NƏZARƏTƏ götürüldü - FOTO

Hazırda oxunan: Aclıqdan ağlayan körpə və anası KOMİTƏ tərəfindən NƏZARƏTƏ götürüldü - FOTO

103860

Azərbaycanda azyaşlının atası tərəfindən tərk edildiyini, körpənin acından ağlayaraq köməksiz vəziyyətdə olduğunu xəbər vermişdik.

Bizim.Media məsələnin təfərrüatlarını öyrənib. Məlum olub ki, azyaşlı anası ilə Sumqayıtda kirayədə yaşayır. Azyaşlı 1 yaş yarım olduğundan ana işə çıxa bilmir və acınacaqlı durumdadırlar. Körpənin səhhətində problemləri olduğundan ana həkimə müraciət edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə körpə valideynləri tərəfindən ATILDI  - FOTO


Gəlir yeri olmadığından körpə hazırda ac-susuzdur. Ana həmçinin körpənin müalicəsi üçün dərmanlarını da ala bilmir.

Mənbənin sözlərinə görə ata körpəsinə aliment vermir. Ananın doğmaları olmadığından körpəsi ilə çarəsiz durumda qalıb.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, ana ilə telefon əlaqəsi saxlanılıb və məsələnin həlli istiqamətində iş aparılır.

Qeyd edək ki, məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin