Bu gün Qəbələ rayon Yemişanlı kəndində şəhid Təbriz Qasımovun vəfatının ikinci il dönümü qeyd olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhidin məzarı başına yığılanlar onun haqda xatirələrini bölüşüb.
2012-ci ildə həqiqi hərbi xidmətə yollanan Təbriz Qasımov xidmətini başa vurduqdan sonra tərxis olunduğu hərbi hissəyə sənədlərini təqdim edir və müddətdən artıq hərbi qulluqçu (MAXE) kimi yenidən xidmətə başlayıb.
Vətən müharibəsi başlayanda döyüşlərə qatılıb, Xocavənd və Füzuli uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.
Təbriz Qasımov Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdən birində, yaralı döyüş yoldaşlarını atışma gedən ərazidən uzaqlaşdırarkən şəhadətə ucalıb.
Keşmiş döyüş yoldaşları Təbrizin vətənpərvərlik hisslərinin sonsuz olduğunu, Vətənin azadlığı yolunda şəhid olmağı arzuladığını mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Şəhidlik zirvəsinə yüksələn Təbriz ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Anım tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam edib.
Qeyd edək şəhid Təbriz Qasımov ailəli olub, bir övladı var.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
22:57 / 10.11.2022
Qəbələ şəhidi Təbriz Qasımovun anım mərasimi KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Qəbələ şəhidi Təbriz Qasımovun anım mərasimi KEÇİRİLDİ - FOTO
Hazırda oxunan: Qəbələ şəhidi Təbriz Qasımovun anım mərasimi KEÇİRİLDİ - FOTO
103706
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.