Mazda şirkəti Rusiyadakı zavodunu 1 avroya satdı

Hazırda oxunan: Mazda şirkəti Rusiyadakı zavodunu 1 avroya satdı

103663

Yaponiyanın avtomobil istehsalçısı “Mazda Motors” şirkəti Vladivostokdakı zavoddakı payını bir avroya sataraq, Rusiya bazarından çıxdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şirkətin Mətbuat Xidməti yayıb.

“Şirkət “Mazda Sollers Manufacturing Rus” MMC-dəki bütün payını tərəfdaşımız olan “Sollers”ə ötürmək qərarına gəlib. 2022-ci il oktyabrın 24-də biz payın təhvil verilməsi haqqında müqavilə imzaladıq”, - deyə qeyd edilib.
“Sollers” sövdələşmə ilə bağlı məlumatı təsdiqləyib, lakin müqavilənin hələ tamamlanmadığını vurğulayıb.

Şirkət simvolik olaraq 1 avroya Mazda-nın payını alacaq, lakin müqavilənin şərtlərinə əsasən, yapon avtomobil istehsalçısı üç il ərzində öz payını geri almaq imkanı əldə edəcək.

“Mazda” Rusiya bazarını tərk etdiyinə görə 82 milyon dollar itirəcək.

“Sollers” ilə birgə yaradılan zavod “Mazda 6” sedanlarını, CX-5 krossoverlərini və CX-9 cip avtomobillərini istehsal edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin