Dərmanların qiymətində artım varmı? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dərmanların qiymətində artım varmı? - RƏSMİ AÇIQLAMA

103631

Satışda tapılmayan dərmanların bir müddət sonra qiymətinin 2-3 dəfə artmış şəkildə geri qayıtması məsələsinə münasibət bildirib.

Bizim.Media-nın məlumatına görə, Səhiyyə nazirinin müavini Rasim İsmayılov apa.az-a açıqlamasında deyib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyənləşdirir:

“Tarif Şurasının özünün də qiymətləndirmə metodları var. Tarif Şurasının hər hansı bir dərman, yaxud yeni dərmanlar ölkəyə daxil olanda alternativ ölkələrlə hesablama formaları var”.
Səhiyyə nazirinin müavini yerli dərman istehsalı sahəsində işlər görüldüyünü diqqətə çatdırıb:

“Artıq iki şirkət – “Diamed Co” və “Erfam” şirkətləri artıq yerli istehsala başlayıblar. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında İsrailin şirkəti ilə yeni istehsal müəssisəsi qurulmalıdır. İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə ciddi əməkdaşlıq var. Yeni investorların cəlb olunması ilə dərman istehsalını artırmaq istəyirik ki, idxaldan asılılığı aradan qaldıraq”, o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin