Güzəştli kateqoriyaya daxil olan tələbələrlə bağlı YENİLİK

Hazırda oxunan: Güzəştli kateqoriyaya daxil olan tələbələrlə bağlı YENİLİK

103577

“2023-cü ildə təklif olunan xərclər də nəzərə alınmaqla son 5 ildə dövlət büdcəsində sosialyönümlü xərclər 13,9 %, mütləq ifadədə 7 milyard 458 milyon manat artıb”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, növbəti ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının 200 manatdan 246 manata qaldırılması nəzərdə tutulur:

“Məişət zorakılığı qurbanları ilə bağlı xərclər də dövlət büdcəsində artırılır. Cari illə müqayisədə bu istiqamətə 5 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur. Təhsil sahəsinə ayrılan vəsait də cari illə müqayisədə artırılır.
Gələn il 19 min güzəştli kateqoriyaya aid olan tələbələrin maliyyələşdirilməsi üçün büdcədən 36 milyon manat vəsait ayrılması nəzərdə tutulur. 2023-cü ildə elm xərclərinə də 11,5 % çox vəsait yönəldiləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin