Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO

Hazırda oxunan: Hər insanın həyatında bir dəfə görməli olduğu şəhərlər - FOTO

10356

Sosial şəbəkələrdə səyyahət sevərlər hər insanın görməli olduğu şəhərləri sıralayıblar.

Bizim.Media həmin şəhərlərin siyahısını təqdim edir:

1. Venesiyanı bu siyahıya əlavə etməmək olmaz.



Bu şəhər möhtəşəm kilsələrindən rəngli evlərinə və rahat səmimi görünüşlü  şərab barlarına qədər bir çox gözəlliyi özündə əks etdirir.

2. İspaniyanın baş tacı sayılan Sevilya...



Ziyarətçilər şəhərin narıncı çiçəklərlə bəzədilmiş dar küçələrində gəzməyi, Mooriş qalasını ziyarət etməyi və İspan təamlarından dadmağı sevirlər.

3. Tibet Buddizminin mərkəzi olan Lhasa.



Himalayaların qayalıqları arasında yerləşən  monastırlar və sarayları ilə dünyanın ən yaddaqalan yerlərindən biridir.

4. Rio de Janeryo.



Dünyanın ən məşhur karnavallarına ev sahibliyi edən bu şəhəri hamımız tanıyırıq.  5 duyğu orqanımızın hər birinə xitab edən bu  şəhərdə dünyanın iki ən böyük çimərliyi yerləşir.

5. London



Təəccüblü deyil ki, London nüfuzlu muzeyləri, məşhur küçə bazarları və sıx maliyyə mərkəzi ilə dünyanın ən çox ziyarət edilən şəhəridir.  London sizi gözləyir ...

6. Marakeş.



Bu şəhərə səyahət etmək sizə tamamilə fərqli bir təcrübə qazandıracaq. Sonsuz labirintə bənzər dəhlizlərdən olan bazarlar, möhtəşəm  memarlıq sizi heyran qoyacaq.

7. Petra.



Dünyanın ən böyük qədim şəhərlərindən biri olan Petra heç bir şəhərə müqayisə oluna bilməz. Küləkli səhranın ortasında yerləşən Petranın qaya binalarını görmədən təsvir etmək olmaz.

8. Hindistanın müqəddəs şəhərlərindən biri olan Varanasi əsl mənəvi bir təcrübədir.



Qanqdan aşağı düşən pilləkənlərdə  oturan  müqəddəs insanlarla, səyyahlarla və yerli sakinlərlə günəşin doğuşunu seyr etməyin həzzini başqa heç nədən ala bilməzsiniz.

9. Kyoto əvvəllər Yapon imperatorluğunun paytaxtı idi.



Bu şəhərdə çayxanaları, bağları və qalaları kəşf etmək  Yaponiyanın əsl mahiyyətini tapmaq üçün ən yaxşı yoldur.

10.  Atina.



Akropolis bir çox səyahət siyahısına başçılıq edir, lakin günəşli küçələri, çiçəkli  meydanları və inanılmaz muzeyləri Afinanı möhtəşəmliyini izah edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin