"NATO müttəfiqləri və tərəfdaşları Ukraynaya dəstək verirlər”.
Bizim.Media xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşdən sonra jurnalistlərə bildirib.
Baş katib bildirib ki, Ukraynanın qalib gəlməsi və suveren müstəqil dövlət kimi mövcudluğu NATO-nun maraqlarındadır:
"NATO müttəfiqlərinin açıq mesajı ondan ibarətdir ki, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Onların qalib gəlməsi, Ukraynanın Avropada suveren dövlət kimi mövcudluğu bizim marağımızdadır. ABŞ-a gəldikdə isə tamamilə aydındır ki, ABŞ-da Ukraynaya davamlı yardım üçün güclü dəstək var. Bu yanaşma dünən ölkədə baş tutan seçkilərlə də dəyişməyib".
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:21 / 10.11.2022
"Ukraynanı dəstəkləməyə davam edəcəyik” - NATO müttəfiqlərindən Rusiyaya MESAJ
Hazırda oxunan: "Ukraynanı dəstəkləməyə davam edəcəyik” - NATO müttəfiqlərindən Rusiyaya MESAJ
Hazırda oxunan: "Ukraynanı dəstəkləməyə davam edəcəyik” - NATO müttəfiqlərindən Rusiyaya MESAJ
103525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.