Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
Bizim.Media xəbər verir ki, 28 yaşlı qolkiper səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunda boynundan xəsarət alıb.
Matçın son dəqiqələrdə çıxışda komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Məhəmmədəliyev boynu üstə yerə düşüb. Hakimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan təcrübəli qapıçı görüşü davam etdirib.
Lakin final fitindən sonra yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:42 / 09.11.2022
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb
Hazırda oxunan: "Qarabağ"ın qapıçısı ciddi zədə alıb
Hazırda oxunan: "Qarabağ"ın qapıçısı ciddi zədə alıb
103479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.