Bayram günləri Qusara yağan QAR turistləri “Şahdağ”a cəzb edib - VİDEO

Hazırda oxunan: Bayram günləri Qusara yağan QAR turistləri “Şahdağ”a cəzb edib - VİDEO

103466

Azərbaycanda Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar 4 günlük bayram tətili bu gün başa çatır.

Bizim.Media bayram tətili günlərində Şimal bölgəsinə gələn turistlərin sayı və hansı istiqamətlərə axın etməsi ilə maraqlanıb.

Əldə etdiyimiz məlumata görə, şimala gələn turistlər Qusarda "Şahdağ "turizm mərkəzi, Ləzə kəndi və Qubada əsasən Qəçrəş,Təngəaltı, Xınalıq, Nügədi istiqamətlərinə baş çəkib. 

Xüsusi ilə Şahdağı öz bəyaz rəngi ilə bəzəyən bolluca qar buradakı turizim mərkəzini daha cəlbedici edib. Tətil günlərində Qış Turizim Mərkəzi qələbəlik olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıya QAR yağır - VİDEO 


Tətilin ilk günlərində Quba və Qusarın dağlıq ərazilərinə qar yağsa da sonrakı günlərdə qarı günəşli hava əvəz edib. Havanın dəyişkən olmasına baxmayaraq tətil günlərində keçən ilki pandemiya dövrünə nisbətən bu il turistlərin Şimal bölgəsinə daha çox gəldikləri deyilir.

Dövlət Turizm Agentliynin mətbuat katibi Gülnar Mustafayeva Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, bayram tətili hələ davam edir, son statistika qarşıdakı günlərdə açıqlanacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 




Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin