Azərbaycan Dövlət Bayrağı günündə Qusarda avtomobil və velosiped yürüşləri keçirilib.
Qusar şəhərinin yuxarı hissəsindən - Gənclər bağının yanından başlayan yürüş izdihamla müşayiət olunub.
Qusar sakinləri Dövlət Bayrağı günündə şəhər küçələrindən keçən iştirakçıları maraq və həvəslə izləyib.
Qusar şəhər avtovağzalının yanında başa çatan yürüşdə Azəbaycan Bayrağına bürünmüş 100-ə yaxın avtomobil, 150 velosiped, həmçinin gənclər, məktəblilər, müharibə veteranları, qazilər, idmançılar və ictimaiyyət nümayəndələri böyük həvəslə iştirak ediblər.
Bayraq yürüşü Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyilə rayon gənclər və idarəsi ilə birgə baş tutub.
Qusar İH başçısının müavini Elman Mustafayev Bizim.Media-ya məlumat verib ki, avto və velosiped yürüşü 7 kilometrdən çox məsafəni əhatə edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 09.11.2022
Qusarda möhtəşəm BAYRAQ YÜRÜŞÜ – FOTO
Hazırda oxunan: Qusarda möhtəşəm BAYRAQ YÜRÜŞÜ – FOTO
Hazırda oxunan: Qusarda möhtəşəm BAYRAQ YÜRÜŞÜ – FOTO
103433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.