“DÇ-2022 Qətərdə yox, ABŞ-da keçirilməli idi” - FİFA-nın keçmiş prezidenti 

Hazırda oxunan: “DÇ-2022 Qətərdə yox, ABŞ-da keçirilməli idi” - FİFA-nın keçmiş prezidenti 

103405

FİFA-nın keçmiş prezidenti Yozef Blatter Qətərin DÇ-2022-yə ev sahibliyi etməsinin yalnış olduğunu düşünür. 

Bizim.Media xəbər verir ki, bu barədə o, açıqlamasında bildirib: “Bu səhvdir. Futbol və dünya çempionatı bu ölkə üçün çox böyükdür. Belə seçimə görə məsuliyyət daşıyıram, çünki həmin vaxt FİFA prezidenti olmuşam. Ancaq tarixi dəyişdirmək olmaz”. 

Keçmiş FİFA prezidenti həmçinin bildirib ki, 2022-ci il dünya çempionatı ABŞ-da keçirilməli olub: 

“Mişel Platini o vaxt mundialın ABŞ-da yox, Qətərdə keçirilməsini istədi. Rusiyadan sonra ABŞ-ın ardıcıl olaraq dünya çempionatına ev sahibliyi etməsi iki siyasi rəqib arasında sülh jesti olardı. Amma Mişel bir gün əvvəl Qətərin vəliəhd şahzadəsi ilə nahar edən prezident Sarkozinin sarayına dəvət olunub. Sarkozi Platiniyə tapşırıb ki, dünya çempionatının ev sahibi seçimlərində Qətər üçün nəsə etməyə çalışsın. Təbii ki, söhbət həm də puldan gedirdi. Altı aydan sonra Qətər Fransadan 14,6 milyard dollara qırıcı təyyarələr aldı". 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin