“Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir” - ABŞ Dövlət Departamenti

Hazırda oxunan: “Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir” - ABŞ Dövlət Departamenti

103369

“Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays noyabrın 7-də Vaşinqtonda baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanatında bildirib. 

“Dövlət katibi Entoni Blinken davamlı sülh sazişinə doğru irəliləyişi asanlaşdırmaq məqsədilə noyabrın 7-də Bleyer Hausda birbaşa müzakirələr aparmaq üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. 

Dünən keçirilən görüş Azərbaycan və Ermənistanın intensivləşdirilmiş dialoq vasitəsilə sülhə ciddi səy göstərdiyini vurğulayır. 

ABŞ sülhün olduğu Cənubi Qafqaz regionunu dəstəkləməyə sadiq qalır”, - deyə bəyanatda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin