“Son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud olan birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevdən Göyçə gölü ilə bağlı AÇIQLAMA: “Gözümüzün önündədir”
“İndiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!”, deyə Azərbaycan lideri vurğulayıb.
Bizim.Media