Tbilisidə Leyla Əliyevanın şeirləri əsasında tamaşa keçirildi - FOTO

Hazırda oxunan: Tbilisidə Leyla Əliyevanın şeirləri əsasında tamaşa keçirildi - FOTO

103294

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gürcü dilinə tərcümə edilmiş “Dünya yuxutək əriyir” adlı kitabında yer alan şeirləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Bizim.Media xəbər verir ki, İvane Maçabeli adına Sxinvali Peşəkar Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmiş tamaşanın premyerası Tbilisidə Şota Rustaveli adına Dövlət Teatrında baş tutub.

Premyeradan öncə səhnədə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev qeyd edib ki, Leyla Əliyevanın əsərləri Gürcüstanın tanınmış şairəsi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili tərəfindən gürcü dilinə tərcümə edilərək nəşr edilib.
Səfir əlavə edib ki, 2 il sonra İvane Maçabeli adına Sxinvali Peşəkar Dövlət Dram Teatrının rəhbəri, Gürcüstanın Dövlət Mükafatı Laureatı, Azərbaycanın əməkdar artisti Qoça Kapanadzenin təşəbbüsü ilə səhnəyə qoyulub.

Faiq Quliyevin sözlərinə görə, bu, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı mədəni əlaqələrin bariz nümunəsidir.

Apa.az-ın məlumatına görə, tamaşanın premyerasında, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorlar, jurnalistlər, Gürcüstanın azərbaycanlı ziyalıları, iş adamları iştirak ediblər.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin