Gəncə şəhəri Dədə Qorqud küçəsində yaşadığı evdən meyiti aşkar olunanan 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovanın uzun illər əvvəl vəfat etdiyi bildirilib.
Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, mənzildə tək yaşayan Y.Strelkovanın uzun illər ərzində yoxa çıxması, son günlərdə isə məhumun evindən aşağı mərtəbəyə su sızması qonşularda şübhə yaradıb.
İki gün əvvəl isə eyni binada yaşayan Təranə Əsgərovanın müraciəti əsasında hüquq-mühafizə orqanları mənzilə baxış keçirib.
Baxış zamanı ev sahibi - Yelifolida Streklovanın sümükləri aşkar olunub. İddia olunur ki, qadın uzun illər əvvəl vəfat edib. Tapılan sümüklər Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 07.11.2022
Gəncədə QANDONDURAN HADİSƏ – 93 yaşlı qadının evindən sümükləri TAPILDI
Hazırda oxunan: Gəncədə QANDONDURAN HADİSƏ – 93 yaşlı qadının evindən sümükləri TAPILDI
Hazırda oxunan: Gəncədə QANDONDURAN HADİSƏ – 93 yaşlı qadının evindən sümükləri TAPILDI
103200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.