Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq” – “Liverpul” oyunu təyin olunan vaxtda baş tutmaya bilər.
Bizim.Media Apasport.az saytının məlumatına istinadən bildirir ki, buna səbəb Almaniya hökumətinin sərt qərarıdır.
MÖVZU İLƏ BAĞLI:
Futbol tarixinin ən yaxşı referisi müəyyənləşdi
Koronavirusa yoluxmanın qarşısının alınması üçün yerli hökumət fevralın 17-nə qədər İngiltərədən ölkəyə uçuşu dayandırıb. Ayın 16-da isə “Liverpul” “Leypsiq”lə səfərdə qarşılaşmalıdır. İndi matçın baş tutması üçün alternativ həll yoluna ehtiyac var.
Variantlardan biri görüşün neytral meydanda keçirilməsidir. Bundan başqa, ilk matçın İngiltərədə, cavab oyununun Almaniyada olması da müzakirə edilir. Belə olarsa, “Liverpul” Almaniyaya martın 10-da yollanmalı olacaq. Həmçinin Almaniyadakı duelin təxirə salınması da istisna deyil.
Bizim.Media