Az TV: “Qarabağda bir dənə belə rus əsgəri qalmayacaq” – VİDEO  

Hazırda oxunan: Az TV: “Qarabağda bir dənə belə rus əsgəri qalmayacaq” – VİDEO  

103146

Azərbaycan Televiziyası (AzTV) Kremlin Azərbaycanla bağlı siyasətinə həsr olunmuş süjet hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə televiziyanın sədri, “Həftə” proqramının aparıcısı Rövşən Məmmədov danışıb.

Onun dediyi əsas tezisləri diqqətinizə çatdırırıq:

- Rəsmi Bakı, şəxsən prezident İlham Əliyev öz mesajlarını Ermənistana və onun başındakı marionetkaya deyil, böyük dövlətlərə - Rusiya, İran və Aİ-yə ünvanlayır: “İkili oyunları buraxın, əl meymunu kimi Paşinyandan istifadə etməyin. Öhdəliklərinizi yerinə yetirin”.

- Ya həqiqəti söyləməlisiniz, ya da susmalısınız. Biz isə susmaq istəmirik!

- Hörmətli Rusiya Federasiyasının rəsmiləri, Qarabağa göndərilən Ruben Vardanyan kimi təlxəklə nə demək istəyirsiniz?

- Prezident Putin bu transferdən xəbərsiz olduğunu deyir. Tutaq ki, biz  buna həvəslə “inandıq”.

- Vardanyan üçün şəraiti Rusiya, konkret oalraq Kreml yaradır!

- Prezident İlham Əliyev Soçidə Vardanyanın Azərbaycanın Qarabağ bölgəsinə köçməsi ilə bağlı Vladimir Putinə hədsiz narazılığını bildirdi və izahat tələb etdi. Bu, hansı oyunlar və ikili standartlardır? Bəlkə artıq bəsdir? Bu pərdəarxası oyunlardan bezmədiniz? Bezmədinizsə, onda Azərbaycan cəmiyyəti də bəzi detallardan xəbərdar olmalıdır.

- Moskvanın bütün bu oyunları Prezident İlham Əliyevin Qubadlıdakı çıxışından sonra başladı və burada bir daha Bakının qəti mövqeyini səsləndirdi: “Qarabağ ermənilərinin heç bir statusu olmayacaq, onların təhlükəsizliyi və vətəndaşlarımız kimi hüquqları tam təmin olunacaq. Söz verdiyim hər şeyi həmişə yerinə yetirirəm”, - deyə dövlət başçısı vurğulayıb. Prezident yeni Laçın yolunun çəkilişi zamanı  rus sülhməramlılarının kimi kimdən qoruduğunu soruşdu, azərbaycanlı inşaatçıların yerli əhali ilə tez-tez təmasda olduqlarını da dedi. Hec bir problem yoxdu. Üstəlik, ermənilərin çoxu gəlib, köməklik edib, hətta tikintiyə görə bizə təşəkkür ediblər.

- Qarabağ erməniləri reallıqları artıq qəbul edir, Rusiya isə bundan bərk narahat olur. Rəsmi Moskva ermənilərin Bakı ilə dialoqundan, onların vətəndaşlığı qəbul etməyə hazır olmasından qorxur. Çoxdan əlaqələrə başlaya bilərdik.

- Bəs Rusiya bu proseslərə necə reaksiya verdi? O, Vardanyanı Qarabağa göndərdi,  general Volkov, Arayik Arutyunyan və Ruben Vardanyanın əli ilə orada mitinqlərə şərait yaratdı.

- Bəs Rusiyanın marağı və narahatlığı nədir? Aydındır ki, ermənilərin Azərbaycanın tərkibində tamhüquqlu vətəndaş kimi yaşamağa razılıq konturları Qarabağda rus ordusuna ehtiyacın itirilməsi demək olardı. Bu isə Rusiyanın planlarına daxil deyil. Ona görə də Moskva Vardanyanı az qala “xilaskar” kimi Qarabağa göndərdi.

- Sülhməramlıların fəaliyyətinin müddəti 2025-ci ildə başa çatır. Cəmi 3 ildən sonar Qarabağda bir dənə də olsun rus əsgəri qalmayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin