Mark Zukerberq “Apple” şirkətini məhkəməyə verir

Hazırda oxunan: Mark Zukerberq “Apple” şirkətini məhkəməyə verir

10313

Facebook və “Apple” şirkəti korporativ müharibəyə hazırlaşır.

Bizim.Media “The Information” nəşrinə istinadən bildirir ki, “Apple” şirkəti Facebook-u saxta xəbər təminatçısı adlandırır və istifadəçilərə qarşı casusluq etməkdə günahlandırır.

 

MÖVZU İLƏ BAĞLI:

“Zukerberq ABŞ üçün ciddi problemdir” - Bayden

Samsung, Apple-a lağ etdiyi feysbuk paylaşımını sildi - FOTO

​​​​​​​
Mübahisələr “Apple”ın tətbiq etdiyi yeni gizlilik qaydalarından sonra başlayıb.

Mübahisəyə əsasən, mobil əməliyyat sisteminin yeni versiyası iOS 14 ilə “Apple” bütün tətbiqetmə sahiblərini hansı məlumatları topladıqları barədə tam məlumat açıqlamağı məcbur edir və həmçinin istifadəçilərdən fəaliyyətlərini izləmək üçün ayrıca icazə tələb etmələrini istəyir.

Başqa sözlə, Google və Facebook-un pul qazandığı reklamları hədəf alması çətinləşir.

Mark Zukerber hələ yayda “Apple”ın bu addımlarının yalnız böyük şirkətlərə deyil, eyni zamanda reklam verənlərə mənfi təsir edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

İndiki məlumata görə, Facebook “Apple”a qarşı antitrest davası hazırlayır.

Üstəlik, iddialar yalnız gizlilik siyasətinə dair son yeniləmələrlə əlaqəli deyil.

“Apple” rəqabəti süni şəkildə məhdudlaşdırmaqda günahlandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin