ABŞ-da ölülərə qarşı irqi ayrıseçiklik

Hazırda oxunan: ABŞ-da ölülərə qarşı irqi ayrıseçiklik

10310

ABŞ-da qaradərililərə qarşı irqi ayrıseçkilik gündəlik həyatla yanaşı onların cansız bədənlərinə qarşı da həyata keçirilir. 

Bizim.Media məlumat verir ki, ABŞ-ın Luiziana əyalətində qaradərililərə qarşı daha bir ayrı-seçkilik hadisəsi baş verib. Belə ki, qaradərili polis məmuru Darrell Semienin cəsədi Oaklin qəbiristanlığına qəbul edilməyib.

Oaklin qəbiristanlığında "Yalnızca ağların cəsədlərinin dəfn edilməsinə icazə verilir" deyə qeyd edən şəhər rəhbərliyi, polis məmuru Darrell Semienin cəsədinin qəbiristanlığa basdırılmasına icazə verməyib.

Darrell Semienin həyat yoldaşı Karla Semien hadisə ilə bağlı facebook sosial şəbəkəsində məlumat paylaşıb.

"Bunun baş verdiyinə inana bilmirəm. Həyat yoldaşım üçün dəfn yeri almaq üçün Oaklin Springs Qəbiristanlığına getdim. Orada tanış olduğum qadın mənə qəbiristanlığı yalnız ağlara məxsus olduğu üçün burada dəfn oluna bilməyəcəyini bildirdi. Bunun 2021-ci ildə və Louisiana baş verdiyinə inana bilmirəm", deyə Karla Semien qeyd edib.

Klara Semienin paylaşımından sonra qəbiristanlıq ABŞ mətbuatında və sosial mediada sərt tənqidlərə məruz qalıb. Müzakirələrdən sonra toplanan qəbiristanlığın idarə heyəti, sözügedən mövzunun qəbiristanlıq qaydalarından çıxarmasına və Darrell Semienin cəsədinin qəbiristanlığa basdırılmasına icazə verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin