“Ermənistan 1-2 günə kommunikasiyanı açmağa hazırdır” - Təhlükəsizlik Şurasının katibi 

Hazırda oxunan: “Ermənistan 1-2 günə kommunikasiyanı açmağa hazırdır” - Təhlükəsizlik Şurasının katibi 

103071

“Əgər Azərbaycan tərəfi “dəhliz məntiqi”ndə tələblər irəli sürməsə, kommunikasiyaların açılması 1-2 gün ərzində həyata keçirilə bilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Factor.am-a müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

“Həll etmiriksə, deməli onlar (Azərbaycanı nəzərdə tutur) səmimi deyil. Praktiki proseslərdə elə mexanizmlər tələb olunur ki, onları qəbul edə bilmərik. Nəticədə proses çətinliklə irəliləyir”, deyə o, qeyd edib.

Ermənistan tərəfdən keçid məntəqələrinin hələ tikilmədiyini qeyd edən Təhlükəsizlik Şurasının katibi hökumətin üç keçid məntəqəsinin açılması məsələsinə baxdığını xatırladıb.

“Parametrlər razılaşdırılır. Razılıq əldə olunarsa, çox qısa müddətdə Ermənistan tərəfinin blokadanı açmaq üçün hazır infrastrukturu ola bilər”, - deyə o, izah edib.

Bununla bağlı Qriqoryan bütün prosesin qarşılıqlı prinsiplər əsasında getməsinin vacibliyini vurğulayıb:

“Bu o demək deyil ki, blokadanın açılması yalnız Ermənistanla bağlıdır. 10 noyabr (2020-ci il - red.) tarixli bəyanatın doqquzuncu abzasında qeyd olunur ki, yollar da daxil olmaqla bütün iqtisadi infrastrukturlar blokadan çıxarılır. Bunlar və digər müddəalar yerinə yetirilməlidir”.

Xatırladaq ki, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadanı çıxarılması proqramının hazırlanması və həyata keçirilməsi Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mqer Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun funksiyalarına daxildir. 

O cümlədən, söhbət Azərbaycan və Ermənistan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərindən gedir.

İrəvanın mövqeyi ondan ibarətdir ki, Ermənistan yurisdiksiyasına daxil olan kommunikasiyaları açmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin