Zeynəb Xanlarovanın qohumunun adı Səlim Müslümovun işində - Məhkəmə 

Hazırda oxunan: Zeynəb Xanlarovanın qohumunun adı Səlim Müslümovun işində - Məhkəmə 

103004

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Vüqar Əhmədli ifadə verib.

O bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub və Nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizovu tanıyıb:

"Dostum Natiq Əzizovdan xahiş etdi ki, ev tikmək istəyən şəxs var və məni məsləhət gördü. Mən də tenderlərdə iştirak etdim və qalib gəldim. Bundan sonra 2014-cü ilin payızında nazirliklə ev tikintisi aparmaq üçün müqavilə bağladıq. Pulumu vermədilər, mən də işi görməkdən imtina etdim". 
 

MÖVZU İLƏ BAĞLI:

Məhkəmə Zeynəb Xanlarovanın bacısı oğlu ilə bağlı QƏRAR VERDİ


Lənkəranda su idarəsində mühəndis işləyən şahid Tağı Talıbov Farağat adlı tanışı tərəfindən adına şirkət açıldığını deyib: "Mənə dedi ki, heç bir problem olmayacaq. Neçə ev tikilib, bundan da xəbərim yoxdur. Farağatın da işləri harada gördüyünü bilmirəm. Adıma açılan şirkətə "Ərizə-5" adı verilib.

Nazirliyin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin audit sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Elxan Səlimov şahid qismində ifadə verib. O bildirib ki, hər gün müəssisələrdə yoxlamalar apararaq rüşvət alıb və rəhbəri olan Fuad Əlizadəyə verib.

Şahid qismində ifadə verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial müdafiə fondunun Hacıqabul şöbəsinin keçmiş müdiri Xalis Həsənov bildirib ki 2014-cü ildən 2021-cilədək o şöbənin rəisi işləyib:
"İdarəmizdə qrafik üzrə yoxlamalar aparılırdı. Müəyyən nöqsanlar aşkarlandı. Nöqsanların şişirdilməməsi üçün əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşərək iş otağında ona 12 min manat pulu təqdim etdim".

Qeyd edək ki, Nizami Xanlarov xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumudur. Bəzi şahidlər ifadələrində Nizami Xanlarova rüşvət verdiklərini iddia ediblər.

Nazirliyin Tikilməkdə Olan Obyektlərin idarəsində Texniki nəzarətçi vəzifəsində çalışan digər şahid Telman Səfərov deyib ki,  Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar ediblər: "Fəaliyyət göstərdiyim müddətdə Natiq Əzizova hər evə görə 5, 9, 15 min manat rüşvət verirdim. Evlərdə istifadə ediləcək materiallarda da yeyintilər olub. Mən Gəncədə, Mingəçevirdə olan evlərin təmirinə nəzarət etmişəm. Ayrılan vəsaitin yalnız 10 faizi təmirə sərf olunurdu".

Növbəti proses noyabrın 14-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onun rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat məbləğində dövlətə ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin