ABŞ kəşfiyyatı Rusiyanın gizli silahını ələ keçirdi

Hazırda oxunan: ABŞ kəşfiyyatı Rusiyanın gizli silahını ələ keçirdi

10299

Bizim.Media “Popular Mechanics”-ə istinadən məlumat verir ki, Rusiyanın hava hücumundan müdafiə sistemi olan “Pantsir-S” ABŞ ordusu tərəfindən ələ keçirilib və tədqiq olunması üçün ABŞ-a aparılıb. Portal eyni zamanda “Pantsir” müdafiə kompleksinin demontaj ediləcəyini və fəaliyyət prinsiplərinin tədqiqi üçün yenidən quraşdırılacağını bildirib.

Mənbənin yazdığına görə, Liviyaya Rus hava hücumundan müdafiə sisteminin ələ keçirilməsi ilə bağlı gizli missiya 2020-ci ilin iyun ayında baş tutub. Nəticədə Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadan alıb Liviya hökumətinə verdiyi “Pantsir-S” sistemləri yerli milis qüvvələri tərəfindən ələ keçirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Ulduz müharibələri dövrünə qədəm qoyuruq


Bir müddət Liviyada yerləşən “Zuwara” hava bazasında saxlanılan “Pantsir-S” daha sonra ABŞ nəqliyyat təyyarəsi vasitəsilə Almaniyanın “Ramstein” hərbi bazasına aparılıb. 

Xatırladaq ki, “Pantsir-S” hava müdafiə sistemləri geniş həcmdə ixrac edilsə  də, Rusiya hərbi qüvvələri hələ də bu sistemləri ABŞ və NATO-ya qarşı hava hücumundan əsas müdafiə sistemi kimi istifadə edir.

ABŞ hərbi qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərinin Rusiyadan “Pantsir-S” müdafiə sistemlərini əldə etdiyi haqqında məlumatlı olduqları və sistemin ələ keçirilməsi istiqamətində iş apardıqları məlum idi. Lakin Liviyada ələ keçirilən sistem ABŞ ordusu və kəşfiyyatı tərəfindən ələ keçirilən ilk belə sistem hesab olunur. 

“Popular mechanics”-in məlumatına görə, ələ keçirilən “Pantsir-S” sistemi dünən ABŞ-ın Ohaio ştatına aparılıb. Məhz bu ştatdakı “Petterson” hərbi bazasında xarici hərbi texnikanın tədqiqatı üzrə ixtisaslaşmış ABŞ Hərbi Kosmik Kəşfiyyatının Milli Mərkəzi yerləşir.

Mərkəz Soyuq müharibə dövründə SSRİ-dən və digər ölkələrdən ələ keçirilən silahların, kosmik və aviasiya vasitələrinin öyrənilməsi istiqamətində ixtisaslaşmışdı.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin