Bakıda adam oğurlayan şəxslərə HÖKM OXUNDU 

Hazırda oxunan: Bakıda adam oğurlayan şəxslərə HÖKM OXUNDU 

102981

Bakıda adam oğurluğunda təqsirləndirilən Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramov və Kamil Qədimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. 

Ruslan Əsgərov 11 il, İsmayıl Bədəlov 11 il, Elşən Məmmədrzayev 11 il, İslam Bayramov 11 il və Kamil Qədimov 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. 

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxslər - Ruslan Əsgərov, İsmayıl Bədəlov, Elşən Məmmədrzayev, İslam Bayramovun hər birinin 13 il, Kamil Qədimovun isə 12 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. 
İttihama görə, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə Mikayıl Mikayılovu oğurlayıblar. Onu Sabunçu rayonunda evdə girov saxlayıblar. Daha sonra onun atası Elçin Mikayılovdan oğlunun azad olunması üçün 30 min dollar tələb ediblər. Əvəzində 30 min manat alaraq Mikayıl Mikayılovun sərbəst buraxıblar. 

Təqsirləndirilən şəxslər girovluqda olan zaman Mikayıl Mikayılovun üzərində 350 manatı da götürüblər. 

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 180-ci (soyğunçuluq), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. 

Eldar Məmmədli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin